Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əminə Ərdoğanla İlham Əliyevin səmimi dialoqu – VİDEO

134 Baxış

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Füzuli rayonundan Şuşaya gedərkən avtobusda tərəflər arasında səmimi söhbət baş tutub.

Müvafiq görüntüləri “Haber Global” yayımlayıb.

Əminə Ərdoğan yol boyu əkin sahələrinin, hətta otların da ermənilər tərəfindən yandırılmasından dəhşətə gəldiyini gizlədə bilməyib. Prezident İlham Əliyev isə bildirib ki, 30 ilik işğal ərzində Füzuli rayonunda bir bina belə salamat qalmayıb.

“Biz Füzulini işğaldan azad edərkən istədik ki, bir binaya bayrağımızı asaq. Dedilər ki, bina yoxdur. İndi özünüz də görəcəksiniz. Füzuli şəhərini tamamilə dağıdıblar”, – deyə dövlət başçısı qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678