Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peskov: “Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsi planlaşdırılmır”

123 Baxış

Kreml Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında çərşənbə günü aparılan danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib.

“Xeyr, bu məlumat həqiqətə uyğun deyil”, – deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan məlumatlara görə, xüsusən də sərhədin Sotk-Xoznavar hissəsində sülhməramlıların yerləşdirilməsi barədə sənədlərin imzalanıb-imzalanmayacağına dair jurnalistlərin sualını cavablandırarkən deyib.

Eyni zamanda, Peskov vurğulayıb ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək.

“Ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, – deyə Rusiya prezidentinin sözçüsü bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678