Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hökumət telefonları dinləyir?

114 Baxış

İki gündür ölkə gündəmi ictimai fəalların, jurnalistlərin telefonlarının dinlənilməsi xəbərləri ilə çalxalanır. 

Qısa xatırlatma verək ki, bununla bağlı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) araşdırma aparıb və nəticələri ictimailəşdirib. 

İddiaya əsasən, Azərbaycan hökuməti İsrailin özəl kiber-nəzarət şirkəti olan “NSO Group” tərəfindən yaradılan “Pegasus” kiber-izləmə proqramını ölkəyə tədarük edib və bunun vasitəsilə istifadəçiləri izləyib. 

Belə ki, “Pegasus” telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. 
Araşdırma yazısında digər ölkələrin də eyni əməliyyatları həyata keçirdiyi iddia edilir. 

İyulun 19-dan etibarən bir qrup fəal və jurnalist etiraz səsini ucaldaraq şəxsi həyata müdaxilə edildiyini bildirirlər. 

Bu etiraz normaldır, axı şəxsi həyata müdaxilə qanunda nəzərdə tutulan hallar istisna olmaqla birbaşa Konstitusiyaya ziddir. 

Ancaq gəlin, bu araşdırmanın dəqiq və ciddi mənbələrə əsaslanaraq ərsəyə gəlməsi ilə bağlı xeyli sualların yaranması üzərində dayanaq. 

İlk növbədə dinlənildiyi və ya izlənildiyi deyilən şəxslərin siyahısı ilə bağlı tərəddüdlər özünü göstərirdi. OCCRP həmin siyahını gah açıqlayır, gah bazadan silir, gah da yeniləyirdi. Bu, araşdırmanın ciddiliyinə dair şübhələrin yaranmasına gətirib çıxarır.

Ardınca isə hökumətin Mirşahin Ağayev, Eynulla Fətullayev, Vüsalə Mahirqızı kimi şəxsləri də dinlədiyi bildirildi. 

Yəni, bu şəxslər o qədər böyük sirri daşıyıcısı və ya məxfi informasiyalar malikdir ki, dövlət onları izləyir? 

Vacib detallardan biri isə budur: Məhz Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Azərbaycana səfəri bitən kimi həmin araşdırma ortaya çıxdı. 

Avropa İttifaqı ilə Azərbaycan arasında bəzi mövzularda fikir ayrılığı olsa da, Şarl Mişelin Bakıda keçirdiyi görüşlər uğurlu idi və ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli idi. 

Sual olunur: Cənab Mişelin səfərindən sonra bu yazının ortaya çıxması təsadüfdürmü? Heç təsadüfə oxşamır. Görünür kimlərsə bu səfəri və onun nəticələrini həzm edə bilməyib. 

Ümumilikdə OCCRP-nin araşdırması ictimai şübhə miqyasının genişlənməsi ilə nəticələnib. İndi hamı bir-birindən şübhələnir, bol şübhə isə cəmiyyətdə nifaq toxumu səpir. 

Görünür ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi əks-həmlə əməliyyatından sonra xalqımızda yaranan ruh yüksəkliyi, hökumət-xalq birliyi bəzi xarici qüvvələri qıcıqlandırıb. Belə iddialarla mənfur qüvvələr Azərbaycan xalqı ilə hökuməti arasına nifaq salmağa çalışırlar. Bütün bu iddiaların arasında erməniyönümlü Soros fondunun dayandığı da şübhəsizdir. 

Daha bir məsələyə diqqət yetirək. Xatırlayırsınızsa, Azərbaycan Vətən müharibəsinin başlanması ərəfəsində bir qrup jurnalistin Rusiya xüsusi xidmət orqanlarına işləməsi barədə dezinformasiya ortaya atılmışdı. 

Düzdür, o informasiya OCCRP-in indiki materialından fərqli olaraq təfərrüata malik deyildi. Sən demə bu, vacib bir hadisənin başlanması zamanı şübhə toxumunun cücərməsinə hesablanmışdı. 

Görünür indi də hansısa vacib bir hadisə olacaq… 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678