Zelenski İlham Əliyevdən kömək istədi
170 Baxış
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə yardım etməsini istəyib.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
“Bu məsələ əsas prioritetlərimizdən biridir. Mən bu məsələnin irəliləyişində mümkün köməyinizə görə minnətdar olaram”, – deyə Zelenski bildirib.
O xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.
Buna görə də o, fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. //Turanmedia.az