Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Paşinyan Türkiyə və Azərbaycanın dəstəyi ilə hakimiyyətə gətirilib” – Mnatsakanyan AÇIQLADI

106 Baxış
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bununla bağlı rəsmi hesabatlar isə olduqca quru və təmkinli şəkildə hazırlanaraq ictimaiyyətə açıqlanıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni analitik Romella Mnatsakanyan fikir səsləndirib:

“Bir daha təkrar edirəm ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə əməkdaşlığın vacibliyini vurğulayıblar. Bu da regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir. Bu kontekstdə iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də keçirilən görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidlər artıb” – erməni analitik belə deyib.

“Proses Türkiyə ilə münasibətlərin tam yaxşılaşmasına doğru gedir. Bəs bizim əsas tələblərimiz – soyqırımın tanınması (qondarma erməni soyqırımı – red), onun qurbanlarının övladlarına təzminat ödənilməsi, Türkiyədəki erməni ərazilərinin (ermənilər bütün dünyanın onlara məxsus olması utopiyası ilə yaşayırlar – red) geri qaytarılması nəzərə alınacaqmı? Ortada bunu göstərən heç nə yoxdur. Paşinyan ümumiyyətlə bu məsələləri qaldırmır” – Romella Mnatsakanyan sərsəm iddialar irəli sürüb.

P.S Ümumiyyətlə erməni analitiki soyqırım və ərazi iddiası ilə bağlı fikirləri absurddur. Çünki qondarma soyqırımı sübuta yetirən heç bir fakt bu günə qədər öz təsdiqini tapmayıb. Ərazi iddialarına gəldikdə isə bu gün mövcud olan Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır və mənfur düşmənlərimiz tərəfindən işğala məruz qalıb.

Erməni analitik daha da irəli gedərək fikirlərini belə davam etdirib: “Paşinyanın bu suallara cavabı ola bilməz. Çünki hakimiyyət Türkiyə və Azərbaycana sərfəli olan yolla gedir. Özüdə həm siyasi, tarixi və iqtisadi baxınmdan Azərbaycanın maraqlarına xidmət edir. O zaman Paşinyan bütün bunları niyə edir? Cavab sadədir – onun belə bir proqramı mövcuddur. Çünki o, Türkiyə və Azərbaycanın dəstəyi ilə hakimiyyətə gətirilib. Bəli, inanılmaz görünə bilər, amma reallıq belədir. Bizim nəslimiz bu dövrün hadisələrini öyrənərək hökuməti lənətləyəcək” – deyə erməni ekspert fikirlərini tamamlayıb. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678