Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Soçi görüşündən əvvəl: “Bakı “status”u müzakirə etməyəcək”

74 Baxış

Xəbər verdiyimiz kimi, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir və burada Azərbaycan-Ermənistan münasibətlərinin cari gündəliyi müzakirə olunacaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu danışıqlarda yeni nüans ortaya çıxıb. Caliber.Az-a diplomatik mənbələrdən daxil olan məlumata görə, 15-ci abzasdakı Rusiyanın təklifləri gələcəkdə bədnam “status” mövzusunun müzakirəsinin mümkünlüyündən bəhs edir.

Bu arada Bakı diplomatik kanallar vasitəsilə artıq Rusiya tərəfinə bu bəndin müzakirəsinin tamamilə qəbuledilməzliyini və mümkünsüzlüyünü çatdırıb.

“Biz bunu nəzərə almırıq və nəzərdən keçirməyəcəyik. Bu, prinsipial mövqedir və çox aydın şəkildə Rusiya tərəfinə çatdırılıb”, – deyə etibarlı mənbələr bildiriblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678