Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əziz Əliyevin vaxtilə iş otağında əsər Prezidentə təqdim edilib – FOTO

70 Baxış

Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, heykəltəraşlıq əsərini bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təqdim edib.

Qeyd edilib ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını alıb. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678