Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirilib

30 Baxış

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı Nizami Məmmədov Vətənə gətirilib.

Turanmedia.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycanın Belçikadakı Səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Nizami Məmmədovun Azərbaycana göndərilməsi prosesi uğurla başa çatıb.

Xatırladaq ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.

Nizami Məmmədovun yeri müəyyən edildikdən sonra səfirlik əməkdaşları ilə söhbət zamanı o, valideynlərinin yanına qayıtmaq istəməsə də, sonradan Azərbaycan gəlməyə razılıq verib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678