Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetinin rektoru Diliçilik İnstitutunun qonağı olub.

40 Baxış

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub.

İnstitutun direktoru hörmətli Nadir Məmmədli və İnstitutun müvafiq əməkdaşları ilə maraqlı, xoş və yaddaqalan görüş keçirilib.

Görüşdə Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə faydalı müzakirələr aparılıb.

Dilçilik İnstitutu tərəfindən MDU-ya 145 ədəd kitabın hədiyyə olunmasına, elmi kadrların hazırlanması sahəsində göstərilən dəstəyə, məhsuldar görüşə və səmimi qonaqpərvərliyə görə hörmətli Nadir müəllimə və Dilçilik İnstitutunun müvafiq əməkdaşlarına MDU ailəsi adından bir daha təşəkkür edilib.

MDU ilə elmi-tədqiqat institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritetlərimiz sırasındadır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678