Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rektor Şahin Bayramov nüfuzlu proqramın məzunu Mingəçevir Dövlət Universitetinin gənc müəllimini qəbul edib

58 Baxış

Turanmedia.az xəbər verir ki, rektpr Şahin Bayramov Fulbrayt Müəllimlərin İnkişafı Proqramı (Fulbright Faculty Development Program – FFDP) çərçivəsində ABŞ-ın Ayova Dövlət Universitetində (Iowa State University – ISU) bir semestrlik təhsilini başa vurmuş Mingəçevir Dövlət Universitetinin (MDU) gənc müəllimi Türkanbəyim Əhmədli ilə görüşüb. Görüş əsnasında ISU-nun “İngilis dili” departamentində qonaq tədqiqatçı statusunda fəaliyyət göstərmiş T.Əhmədli ilə geniş fikir mübadiləsi aparılıb.

Rektor Şahin müəllim nüfuzlu proqramın məzun olan gənc əməkdaşımızı təbrik edib, qazandığı bilik və təcrübəni MDU-nun inkişafına həsr edəcəyinə əminliyini bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678