Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbçilərimiz müharibədə nə yeyirdi? – Aşpaz Ağa Aşurovla MÜSAHİBƏ + FOTO/VİDEO

158 Baxış

Azərbaycanın təkcə Vətən müharibəsində qalib gələn güclü ordusu ilə deyil, həm də hərbçilərlə birlikdə ön cəbhədə olan aşpazlarla fəxr etməyə haqqı var. Aşpazlar qrupuna Azərbaycan Milli Kulinariya Birliyinin fəxri üzvü və İdarə Heyətinin üzvü Ağa Aşurov rəhbərlik edib.

Media.Az-a verdiyi müsahibədə o, hərbçilərimizin nə yediklərindən, hərbi şəraitdə işləməyin nə qədər çətin olduğundan və başqa bir çox məsələlərdən danışıb.

– Cəbhəyə nə vaxt getdiniz?

– Oktyabrın 3-də, Silahlı Qüvvələrin şəxsi heyəti ilə birlikdə. Müharibə başlayanda cəbhəyə yollanmaq fürsəti yaranan kimi mən ilk sıralarda oldum.

– Sizinlə birlikdə neçə aşpaz cəbhəyə getdi?

– İlk vaxtlar mənimlə birlikdə 10 aşpaz cəbhə bölgəsinə getdi. Tədricən digər həmkarlarımız da bizə qoşuldu, sonda təxminən 60 nəfər idik.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678