Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şamaxıda 65 yaşdan yuxarı vətəndaşlar peyvənd edilir – VİDEO

137 Baxış

COVID-19 pandemiyası ilə əlaqədar Şamaxıda 65 yaşdan yuxarı sakinlər arasında peyvəndləməyə start verilib.

Baku TV xəbər verir ki, vaksinasiya Şamaxı Müalicə Diaqnostika məntəqəsində həyata keçirilir. Rayon üzrə 65 yaşdan yuxarı 5 815 nəfərə peyvənd vurulması nəzərdə tutulub. 

Peyvəndləmə prosesinə əhalinin aktiv cəlb olunmasını təmin etmək məqsədilə könüllü gənclərdən ibarət 10 mobil qrup yaradılıb. Bu qruplar ayrı-ayrı ünvanlarda olaraq əhalinin bu istiqamətdə maarifləndirilməsini təmin edirlər. 

Bununla yanaşı həmin qruplarda fəaliyyət göstərən gənclər vaksin vurulacaq şəxslərə əvvəlcədən növbə götürməkdə də köməklik göstərirlər.

Rayon üzrə 1 000 nəfərə yaxın 65 yaşdan yuxarı şəxs növbə götürüb ki, onlardan 100 nəfəri artıq vaksinasiya olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678