Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəriqaz” bayram günlərində işləyəcək?

129 Baxış

“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

İB-dən Oxu.Az-a verilən məlumatda qeyd olunur ki, qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Qəza hallarının aradan qaldırılması barədə isə İB-nin baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən istənilən qəza həmişə ayrılan vaxtdan üç saat tez bitəcək.

Həmçinin, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mart ayının 20-28 tarixlərində xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.

Bundan başqa əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək.

50 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar. Müştəri xidmətləri yalnız martın 21-də göstərilməyəcək.

Abonentlərdən xahiş edilib ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat verə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678