Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

131 Baxış

Martın 26-da polis əməkdaşları tərəfindən respublika ərazisində dörd aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qaradağ rayon sakinləri, R.Qurbanovun və F.Feyzullayevin, Sabunçu rayon sakini R.Rəhimovun və Masallı rayon sakini M.Bədəlbəylinin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678