Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid kiçik çavuş Sübhan Əbilzadənin doğum günüdür – FOTO

112 Baxış

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan kiçik çavuş Sübhan Əbilzadənin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Sübhan Arif oğlu Əbilzadə 1998-ci ilin bu günü Billəsuvar rayonunun Nərimankənd kəndində anadan olub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Sübhan Əlizadə sentyabrın 27-də Füzuli istiqamətində döyüşüb.

Azərbaycan Ordusunun kiçik çavuşu Vətən müharibəsi zamanı düşmənin canlı qüvvəsini məhv edərək ağır zərbələr endirib. S.Əbilzadə Füzulinin işğaldan azad edilməsi ilə yanaşı, eyni zamanda Hadrut qəsəbəsinin və Qubadlının da azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Sübhan Əbilzadə noyabrın 6-da Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhid Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı əsasən, kiçik çavuş Əbilzadə Sübhan Arif oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678