Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaq poliklinikalarında icbari tibbi sığorta necə hesablanacaq? – AÇIQLAMA

115 Baxış

Uşaq poliklinikalarında da icbari tibbi sığortanın hesablama qaydası onların fəaliyyət istiqamətinə görə tənzimlənəcək.

Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə uşaq poliklinikalarında icbari tibbi sığortanın hesablama qaydası ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib, əgər uşaq poliklinikası xəstəxananın poliklinika şöbəsi olacaqsa, orada çalışanlara xidmətə görə (ambulator) bonuslar  ödəniləcək:

“Terapevtlər, cərrahlar ambulator xidmətlər göstərdiklərinə görə bonuslar olacaq. Məsələn, ixtisaslı həkim müayinəsinə görə göstərilən xidmətlərdən faiz nisbətində, ambulator şəraitdə cərrahi müdaxilələrə görə, terapevtlər təyin etdikləri fizioterapevtik prosedurlara görə faiz nisbətində bonusla alacaqlar.

Lakin uşaq poliklinikası yenidən təşkil qaydasında Ailə Sağlamlıq Mərkəzi (ASM) kimi fəaliyyətə keçəcəksə, burada qaydalar başqa cür olacaq. Bu zaman onlar sabit əlavələr alacaqlar. Hazırda müəyyən optimallaşmalar aparılır. Yekunda məlum olacaq ki, uşaq poliklinikaları xəstəxananın poliklinika şöbəsi kimi qalır yoxsa müstəqil ASM kimi formalaşdırılır”.  

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678