Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlikdən qəza-xilasetmə ilə bağlı AÇIQLAMA – VİDEO

118 Baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış , dörd halda köməksiz vəziyyətdə qalma, bir nəqliyyat qəzası və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində beş nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış bir nəfər və “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində maşında sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, bir nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678