Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan ordusunda silsilə tədbirlər keçiriləcək

125 Baxış

28 may – Respublika Günü münasibətilə Azərbaycan ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.

Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət ediləcək, təmizlik və abadlıq işləri həyata keçiriləcək.

Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçiriləcək, veteranlar, elm, mədəniyyət və incəsənət xadimləri, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678