Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yay məktəbi” necə təşkil olunacaq? – RƏSMİ

119 Baxış

“Yay məktəbi” dövründə şagirdlərin məktəbli formasında gəlməsi tələb olunmayacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. 

Onun sözlərinə görə, yay məktəbi tədris ili ərzində keçirilənlərin ümumiləşdirilməsi, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi üzərində qurulur:

“Burada yeganə proqram olmayacaq. Əgər az sayda uşaq olarsa, paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təkil olunacaq.

“Yay məktəbi”nə birinci sinifdən başlayaraq 10-cu sinifə qədər hər kəsi dəvət edirik. Havanın isti olmasını arqument gətirməyə ehtiyac yoxdur. Öyrənmə fəslə bağlı proses olmamalıdır. Mövsümün tələblərinə uyğun geyinməklə, davranış nümayiş etirməklə öyrənmək mümkündür”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678