Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

127 Baxış

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Şəmkir şəhərində, “Qırmızı körpü” adlanan yerdə qeydə alınıb. “VAZ-2107” və “VAZ-21011” markalı avtomobilərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alanlardan biri – Nazim Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678