Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Müstəqil Azərbaycan

228 Baxış

Mingəçevir Gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi”adlı konfrans keçirilib. Konfransda Mingəçevir Dövlət Universitetinin(MDU),Turizm Kollecinin və Tibb Kollecinin tələbə gəncləri iştirak ediblər.Konfransdan öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğının xüsusi yer tutduğunu vurğuladı. Bildirdi ki, ümummilli lider bilirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır:” Dahi şəxsiyyət respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların himayədarı kimi çıxış etdi. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir”.
Kamal Nəcəfli vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir.O cümlədən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir.O cümlədən Mingəçevir gənclərinin də öz aktivliyi, dünyagörüşü ilə hər zaman seçildiyinin şahidi oluruq deyə o,qeyd edib. Gənclər və İdman İdarəsinin rəisi üzünü gənclərə tutaraq gənclərə bilik və bacarıqlarını artırmaqla yanaşı, bu gün gənclər üçün lazımı şəraitin yaradıldığını bildirib və bu imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. Daim gənclərə dəstək olmağa və onların yanında olduqlarını bildirib.
Tədbirdə iştirak edən gənclər onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678