Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hamiləlikdə botoks riski.. Həkimdən xəbərdarlıq!

251 Baxış

Botoks nədir? Öncə Botoks nədir və nə üçün istifadə olunur gəlin onu bilək.Bu mövzu ilə suallarımı Ümid klinikasının peşəkar Kosmetoloq Aygün Haqverdiyeva cavablandıracaq.

⁃Botoks Clostridium Botulinum adlı bakteriyadan əldə edilən botulizm toksinidir, sinir- əzələ sinapslarını blokada edərək öz təsirini göstərir. Bunun nəticəsində əzələ qruplarının hərəkətinə bağlı olan arzuolunmaz mimiki qırışlar yaranmır.

⁃ Hamiləlik zamanı botoks edilməsinin güvənli olub-olmaması ana və bətnindəki körpənin sağlamlığına zərər verməmək üçün bu günə qədər araşdırılmayıb.

⁃ Əgər botoks etdirmisinizsə və bundan sonra hamilə olduğunuzu öyrənmisinizsə, çox böyük ehtimal ki, bətninizdəki körpə böyük risk altında deyil. Botoks çox zaman

üz əzələlərinə (mimiki əzələlərə) tətbiq edildiyi üçün qan dövranına cüzi miqdarda qarışdığı güman edilir. Ancaq çox sayda, təkrar- təkrar botoks edilməsi təhlükəli hesab oluna bilər.

Botoksun körpənizə zərər vermədiyini qəbul etsək belə, hamiləlik zamanı bu proseduru etməməyiniz məsləhətdir. Hamiləlikdə orqanizmdə su tutumunun artır ki, bu da dərinin daha parlaq, hamar olmasına, qırışların daha az nəzərə çarpmasına səbəb olur. Əgər dərinizə botoks tətbiq etmək istəyirsinizsə, yaxşı olar ki, bunu hamiləlikdən sonraya saxlayasınız.