Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məmməd Abbasov: “Muxtariyyət statusu pərdəsi altında dərəbəyliyə yol verilib”

147 Baxış

“Son günlər sosial şəbəkələrdə və ölkəmizin bir çox media orqanlarında Naxçıvan Muxtar Respublikası haqqında, orada baş vermiş məmur dərəbəyliyi, neqativ hadisələr barədə geniş məlumatlar verilir. Düşünə bilərsiniz ki, belə bir vəziyyətdə mən bu hadisələrə biganə qalıram. Xeyir, bu hadisələri faktları oxuduqca, dinlədikcə çox təəssüf edirəm ki, yurdum haqqında belə xoşagəlməz müzakirələr gedir. Axı mənim həyat, əmək fəaliyyətimin 69 ili orada keçib”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini, Naxçıvanın sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov bildirib.

Məmməd Abbasov qeyd edib ki, o, sıravi kolxozçuluqdan, fəhləlikdən, ayrı-ayrı partiya sovet orqanlarında, müstəqillik illərində hökümətdə, parlamentdə, ümumilikdə, 47 il çalışıb.

“Yaranmış vəziyyət muxtar respublika, ölkə ictimayyətinin o qədər qəzəbinə, kininə səbəb olub ki, onlar hətta muxtariyyət statusunun ləğv olunmasına razıdırlar. Halbuki, bu status baş vermiş hadisələrə səbəb deyil. Əsas səbəb odur ki, o status pərdəsi altında dərəbəyliyə yol verilib. Mən bu mövzuya yenə qayıda bilərəm. Deyə bilərsiniz, mənim də günahım var. Etiraf edirəm, var. Amma bu günah çirkin əməllər deyil, zəif mübarizə olub. Onun da obyektiv səbəbləri var.

Zamanında, hələ bir neçə il bundan əvvəl mənə deyilən şər və böhtana cavab vermişəm. Həyat davam edir, inşallah sonunda ədalət öz yerini tutacaq”, – Məmməd Abbasov əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678