Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbovun Bakıya gəldiyi deyilir

78 Baxış

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəldiyi bildirilir.

Bu barədə “AzPolitika.info” MR-dəki etibarlı mənbəsinə istinadən məlumat yayıb.

“V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq”, – deyə sayt yazıb.

Qeyd edilir ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.

Bundan bir qədər öncə isə Vasif Talıbovun iki dəfə Bakının dəvətindən imtina etdiyi qeyd edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678