Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanın Baş nazirindən Türkiyə açıqlaması: “Quru sərhədi boyunca…”

55 Baxış

Türkiyə ilə Yunanıstan arasında bütün quru sərhəd boyunca divar çəkdirəcəyimə söz verirəm”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.

Baş nazir bildirib ki, mövcud 37,5 kilometr uzunluğundakı polad divara qarşıdakı 12 ayda 35 kilometr əlavə etməyi planlaşdırırıq:

“2026-cı ilə qədər 100 kilometrdən çox divar əlavə olunacaq. Təəssüf hissi ilə demək istəyirəm ki, bu gün Yunanıstanda bu layihəyə qarşı mübarizə aparan siyasi qüvvələr var. Mövcud divar və söz verdiyimiz divarlar qeyri-qanuni immiqrasiyaya qarşı təsirli bir maneə olacaq. Tikdiyimiz divar keçən il quru sərhədimizdən 250 mindən çox qanunsuz keçidin qarşısını almağa kömək etdi”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678