Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quranın yandırılmasına maneə olan qadını yerdə sürüdülər

39 Baxış

Danimarkanın paytaxt Kopenhagendə özlərini “Danimarka vətənpərvərləri” adlandıran təxribatçı qrup öncə Pakistan, daha sonra İraq səfirlikləri qarşısında Quranı yandırıb.

Turanmedia.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu zaman yoldan keçən qadın İraq səfirliyi qarşısında müqəddəs kitabın yandırılmasına maneə olmaq istəyib.

Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına sərt müdaxilə edib. Belə ki, qadından quranı alaraq onu yerdə sürüyüblər.

İsveç Qurana edilən çirkin hücumlara qarşı reaksiyasını sərtləşdirməyə başlayıb.

İsveç Xarici İşlər naziri Tobias Billström hücumları “alçaq” adlandırıb və hücumların təkrarlanmaması üçün qanunları dəyişdirməyə çalışdıqlarını bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678