Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilir

127 Baxış

Ukrayna Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında ölkədə 2021-ci ilin yanvarın 8-dən 24-nə qədər lokdaun (qapanma) tətbiq ediləcək.

Bu barədə TASS Ukraynanın Baş naziri Denis Şmıqala istinadən məlumat yayıb.

Baş nazir qeyd edib ki, karantin tədbirlərinin sərtləşdirilməsi nəzərdə tutulur. Lakin məhz hansı qadağaların tətbiq ediləcəyi açıqlanmayıb.

Xatırladaq ki, Ukraynada koronavirusa ümumilikdə 867991 yoluxma qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678