Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon Quantanamo həbsxanasında məhbusların vaksinasiyasına başlayır

113 Baxış

Pentaqon qarşıdakı günlərdə Quantanamo həbsxanasındakı 40 məhbusun vaksinasiyasını həyata keçirməyə hazırlaşır.

Bu barədə “Fox News” məlumat yayıb.

Artıq 11 sentyabr 2001-ci il terror aktında iştirakda təqsirləndirilən beş məhbusun vəkilinə federal prokuror Kleyton Trivetta tərəfindən müvafiq xəbərdarlıq göndərilib.

Həbsxanada vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qərara səbəblərdən biri də federal prokurorların hərbi cinayət işləri üzrə peyvənd olmayan şəxslərin dindirilməsi zamanı çətinlik yaşamasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678