Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Libaridyan İrəvanda: Ankaranın şərtləri qəbul edilir?

165 Baxış

Onun hakim fraksiya ilə görüşməsi Türkiyənin ilkin şərtlərinin Ermənistan üçün məqbul olduğuna dair mesajdır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan hakim partiyanın deputatlarının Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Libaridyanla görüşü haqda məlumatları şərh edərkən deyib.

“Libaridyan açıq şəkildə bəyan edib ki, Türkiyənin bütün ilkin şərtləri – Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının dövlət səviyyəsində rədd edilməsi, Zəngəzur dəhlizinin Azərbaycana verilməsi İrəvan tərəfindən təmin edilməlidir”, – Tevanyan vurğulayıb.

Qeyd edək ki, erməni mediasında 76 yaşlı siyasətçinin Mülki Müqavilə fraksiyası ilə görüşdə bu təklifləri irəli sürdüyü bildirilmişdi. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678