Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda 2 şirkət birləşir

52 Baxış

Naxçıvanda fəaliyyət göstərən 2 şirkət birləşir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Araztech” MMC “Naxtel” MMC-yə qoşulduğunu elan edib.

Qoşulma nəticəsində “Naxtel” MMC yenidən təşkil olunur.

Qeyd edək ki, “Naxtel” MMC qanuni təmsilçisi Yusifov Kamil Yusif oğlu olan “Naxtel” MMC 03.02.2015 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manat, hüquqi ünvanı Naxçıvan şəhəri, Atatürk, ev 1-dir.

“Araztech” MMC isə 30.12.2022 tarixində Naxçıvan şəhəri, H.Əliyev , ev pr.3 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Namazov Rəşad Fuad oğlu, nizamnamə kapitalı 10 manatdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678