Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin ehtiyat fondu 40 faiz azaldılır

39 Baxış

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2% azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bu, “2023-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40% azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9,5 milyon manat və yaxud 8,6% artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılması nəzərdə tutulub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678