Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xarici mənbələrdən ölkəyə yönəldilən investisiyaların həcmi açıqlanıb – FOTO

148 Baxış

Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 150,1 milyon manat vəsait yönəldilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, oktyabr ayı ərzində xarici mənbələrdən əsas kapitala 385,7 milyon manat investisiya qoyuluşu həyata keçirilib.

İl ərzində xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitlərin həcminin ən aşağı həddi aprel ayında qeydə alınıb. İnvestisiya qoyuluşunun ən yüksək həddi isə may ayında olub. 

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 601,2 milyon manatı, ümumi həcmin 86,8 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678