Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elektron imza alanların sayı açıqlanıb

146 Baxış

2020-ci ilin 11 ayı ərzində Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan elektron imza sertifikatları ilə 12 milyondan çox əməliyyat aparılıb.

Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rühəngiz Qarayevanın Oxu.Az-a verdiyi məlumata əsasən, ilin əvvəlindən dekabrın 1-dək olan tranzaksiya, yəni e-imza ilə aparılan əməliyyat sayı 12 milyon 520 min 667 olub.

Onun sözlərinə görə, təkcə noyabr ayında e-imza vasitəsilə 1 milyon 224 min 247 əməliyyat aparılıb. Onlardan altı milyondan çoxu (6 265 949) imzalama əməliyyatı, qalan hissəsi isə (6 254 718) autentifikasiya, yəni e-imza vasitəsilə giriş tələb olunan portallarda qeydiyyatdan keçmək üçün aparılan əməliyyat sayı olub.

Cari ilin yanvar ayının 1-dən dekabr ayının 1-dək elektron imza daşıyıcılarının sayına gəldikdə, bu, hüquqi və sahibkar şəxslər üzrə 4 min 317, dövlət qurumları üzrə 4 min 815, fiziki şəxslər üzrə 2 min 839 olub. Elektron imza daşıyıcılarının ümumi sayı 11 min 971 nəfər olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678