Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR əməkdaşı: “Dağ kimi zavodları işlətməklə yanaşı, Vətənin keşiyində də dağ kimi dayanırıq” – FOTO

145 Baxış

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Vətən müharibəsində 500-ə yaxın əməkdaş iştirak edib, altı nəfər şəhid olub. Onlardan biri də Vətənin müdafiəsinə qalxan könüllü qəhrəmanımız, şəhidlik zirvəsinə yüksələn Səmural Fətəliyevdir.

23 yaşlı igid əsgər Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Qarabağ savaşı başlayanda könüllü hərbi xidmətə qoşulub. Səmural Füzulinin işğaldan azad edilməsi əməliyyatlarında böyük şücaət göstərib və qəhrəman vətən oğlu hələ uzun müddət döyüş yoldaşlarının yaddaşında cəsurluğu ilə qalacaq. S. Fətəliyev oktyabrın 5-də əks-hücum əməliyyatlarının birində düşmən mərmisinin partlaması nəticəsində döyüş meydanında şəhid olub. 

SOCAR-ın daha bir qəhrəman əməkdaşı Ələkbər Şükürlüdür. O, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyininin Etilen-polietilen zavodunda növbə rəisi və Vətən müharibəsinin iştirakçılarındandır. Ələkbər azad olunmuş Qarabağ torpaqlarından bütün SOCAR ailəsinə və öz iş yoldaşlarına salamını çatdırır: 

“Qələbəmizlə həm də onu sübut etdik ki, bizim mühəndislər dağ boyda zavodları işlətməklə yanaşı, həm də lazım gəldikdə Vətənin keşiyində də dağ kimi dayanırıq”.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Vətən Müharibəsində iştirak edən qəhrəmanlarından olan, N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) əmtəə operatoru Dəmirəl Məmmədov müharibənin ilk günlərindən döyüş meydanında Vətənin azadlığı uğrunda savaşa qatılan qəhrəmanlarımız sırasında olub. Dəmirəl düşmənə sarsıdıcı zərbələr endirib və sonda onları təslim olmağa məcbur edib.  

NQÇİ-də neft və qazçıxarma üzrə usta vəzifəsində çalışan Xilqət Musayev də qəhrəman neftçilərimizdəndir. 44 günlük hərbi əməliyyat zamanı komandirlərin tapşırıqlarını uğurla yerinə yetirən Xilqət Azərbaycan ordusunun gücünü, qüdrətini düşmənə göstərib.

Vətənin oğul dediyi igidlərdən biri də idarənin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Zöhrab Abdullayevdir. Dar gündə Vətənin harayına yetişən Zöhrab düşmən üzərində əldə edilən qələbədə öz gücünü, ürəyini ortaya qoyub və zəfər qazanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678