Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Silahlı Qüvvələrə Yardım Fonduna ianə edənlərin bölgüsü açıqlandı

150 Baxış

Silahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54 faizi özəl sektor tərəfində həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında deyib.

Nazir əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin 15,94 faizi özəl sektorun payına düşüb.

M. Cabbarov onu da qeyd edib ki, hazırda Azərbaycan qarşısında duran məsələlər işğaldan azad edilmiş torpaqlarda iqtisadi infrastrukturun yaradılması, yaşayışın təmin edilməsi və COVID-19 pandemiyasına qalib gəlməkdir.

Qeyd edək ki, “Azərbaycanda Xarici Biznes 2020” hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678