Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 8 milyard manata yaxın kənd təsərrüfatı məhsulu istehsal edilib

156 Baxış

2020-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 7 milyard 966,1 milyon manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, məhsulun 4 milyard 29,9 milyon manatı heyvandarlıq, 3 milyard 936,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2 faiz artıb. Öz növbəsində heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 1 faiz artım qeydə alınıb.

Bildirilib ki, hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. Təsərrüfatlarda 2021-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1 milyon hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 804,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Onun 504,5 min hektarını buğda, 300,2 min hektarını arpa və 0,2 min hektarını çovdar təşkil edir.

Əlavə edək ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 491,4 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 971,1 min ton, yumurta istehsalı 4,7 faiz artaraq 1 milyon 748,3 milyon ədəd, yun istehsalı isə 0,2 faiz artaraq 16 min ton olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678