Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? – STATİSTİKA

135 Baxış

2020-ci ilin dekabr ayında Azərbaycanda müxtəlif sosial şəbəkələrin bazar payı açıqlanıb.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, Azərbaycanda dekabr ayı ərzində “Youtube” istifadəçiləri aktivlik təşkil edib.

Belə ki, müvafiq dövrdə “Youtube” istifadəçilərinin sayı 24,85 faiz təşkil edib. Noyabr ayında isə bu, 19,28 faiz idi və “Youtube” istifadəçilərinin sayına görə ölkəmizdə dördüncü sosial platforma ikən, dekabrda 1-ci yerdə qərar tutub.

Ölkəmizdə dekabr ayında 2-ci ən çox müraciət edilən sosial platforma, noyabr ayındakı kimi, “Instagram” olub. Platformanın istifadəçilərinin sayı 24,69 faiz təşkil edib. Noyabr ayında “Instagram” istifadəçilərinin sayı 23,92 faiz olub.

Ötən ilin sonuncu ayında ən çox müraciət edilən 3-cü sosial platforma 22,98 faizlik istifadəçi sayı ilə “Pinterest” olub. Halbuki noyabr ayında 27,12 faizlik göstərici ilə 1-ci ən çox istifadə edilən sosial şəbəkə idi.

Ölkədə “Facebook” istifadəçilərinin sayı isə noyabr ayına nisbətən azalaraq, 20,5 faiz təşkil edib. Noyabr ayında 23,35 faizlik istifadəçi sayı ilə 3-cü yerdə qərar tutan “Facebook” dekabr ayında 4-cü yerdə qərarlaşıb.

“Twitter” istifadəçilərinin sayında da həmçinin, artım müşahidə olunub. Belə ki, dekabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 5,58 faiz təşkil edib. Noyabrda 3,91 faizlik istifadəçi aktivliyi ilə 5-ci yerdə qərar tutan “Twitter” ötən ay da öz yerini saxlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678