Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rumıniya Cənub Qaz Dəhlizinin tərkib hissəsi olmaq niyyətindədir

147 Baxış

Türkmənistan təbii qaz tədarükçüsü olaraq Cənub Qaz Dəhlizi layihəsinə vacib töhfə verə bilər.

Bunu Trend-ə Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan qazı layihə üçün əsas tədarük mənbəyi olsa da, növbəti mərhələlərdə Türkmənistan, Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalları kimi tədarük mənbələri də nəzərdən keçiriləcək”.

Nazirlikdən bildiriblər ki, Trans-Xəzər qaz kəməri layihəsi Avropa Komissiyasının maraq dairəsinə daxil olan layihə kimi strateji status qazanıb:

“Rumıniya əvvəldən Cənub Qaz Dəhlizini dəstəkləyib və gələcək mərhələlərdə bu infrastrukturun bir hissəsi olmaqda və nəql olunacaq qaza çıxış əldə etməkdə maraqlıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678