Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il ölkədə investisiya qoyuluşunun həcmi məlum oldu

175 Baxış

2020-ci ildə ölkədə əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 17 milyard 28,1 milyon manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il ərzində Azərbaycanda əsas kapitala yönələn vəsaitin həcmi əvvəlki illə müqayisədə 8,3 faiz azalıb.

Belə ki, qeyri neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi 11 milyard 148,4 milyon manat təşkil edib və bu, 2019-cu illə müqayisədə 12,3 faiz az olub.

O cümlədən investisiyaların 3 milyard 1,3 milyon manatı qeyri neft-qaz sənayesinə qoyulub. Bu sahəyə sərmayə qoyuluşunun həcmi 12,1 faiz azalıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678