Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoyulan sərmayə açıqlandı

129 Baxış

2020-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə təqribən 29 milyon dollar xərclənib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, əməliyyat xərclərinə isə təqribən 111 milyon dollar vəsait sərf olunub.

Bildirilir ki, il ərzində BTC vasitəsilə 27,8 milyon tondan artıq, təqribən 211 milyon barel xam neft və kondensat ixrac olunaraq, Ceyhanda 278 tankerə yüklənib.

Boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qeyd edilir ki, hazırda BTC boru kəməri vasitəsilə əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli neftini və Şahdəniz kondensatını daşınır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən, Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co”nun səhmdarları: BP (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), İTOÇU (3,4 faiz), INPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678