Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət universiteti yataqxana binasının təmirinə başlayacaq

176 Baxış

Sumqayıt Dövlət Universiteti 1 saylı yataqxana binasının əsaslı təmiri işlərinə start verəcək.

Oxu.Az-ın dövlət elektron satınalmaları portalından əldə etdiyi məlumata əsasən, artıq bu işlərin həyata keçirilməsi üçün “Yeni Memar” MMC ilə müqavilə bağlanıb.

Təmir işlərinin həyata keçirilməsi üzrə şirkətə 1 milyon 818,5 min manat həcmində ödəniş ediləcək. Təmir ediləcək üç mərtəbəli tələbə yataqxanasında bir ədəd mətbəx, idman zalı, mini futbol meydançası, voleybol meydançası, bir ədəd gözətçi otağı var.

Qeyd edək ki, “Yeni Memar” MMC 1997-ci ildən fəaliyyət göstərən inşaat və dizayn şirkətidir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678