Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaricə ən çox məhsul satan özəl şirkətin adı açıqlandı – FOTO

111 Baxış

2021-ci ilin yanvar-fevral ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

Ötən ay qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 81,3 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 20,9 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 11,8 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “P-Aqro” MMC (8,3 milyon dollar), “Baku Steel Company” MMC (7,6 milyon dollar), “Critical Fruit” MMC-dir (6,1 milyon dollar).


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678