Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub – FOTO

129 Baxış

İyunun 1-də Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

“Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir. 

Sərgidə Xaçmaz rayonundan olan 10-na yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678