Təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi davam edir
- 29-12-2024, 11:31
- Ölkə
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.