"Euronews"da azərbaycanlı pilotların qəhrəmanlığından bəhs edən material

Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyeva qəza enişi zamanı həyatlarını itirib, digər iki stüard - Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb və onlar hazırda xəstəxanadadırlar.

Çərşənbə günü Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının 8432 saylı reysinin son dəqiqələrinin təfərrüatları aydınlaşdıqca, getdikcə daha çox mütəxəssis təyyarənin ekipajını “qəhrəman” adlandırır. Mütəxəssislərin fikrincə, son ana qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotlar və stüardessalar bunu üçün həlledici rol oynayıblar.
 
Mütəxəssislərin fikrincə, İqor Kşnyakin və birinci zabit Kalyaninov heyrətamiz pilotluq bacarığı nümayiş etdirərək, zədəli təyyarəni  Xəzər dənizindən keçirərək Aktau hava limanının uçuş-enmə zolağından cəmi 3 kilometr aralıda  endirməyə nail olublar.


DİGƏR XƏBƏRLƏR
Analitika