Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənilərin təxribatları dözülməzdir” – Deputatlar sülhməramlıların ərazimizdən çıxarılacağının anonsunu verdi

31 Baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq edib. XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.

Ermənistan tərəfindən edilən bu kimi təxribatlar nəyə hesablanıb?

Turanmedia.az xəbər verir ki, Tns mövzu ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistan və Qarabağda yaşayan separatçıların törətdikləri mütəmadi təxribatlar regionda vəziyyəti gərginləşdirir və sülh müqaviləsinin imzalanmasını kölgə altına salır:

“Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına avtomobil karvanı yığaraq “himanitar yük” adı altında siyasi manipulyasiya etməsi, Avropalı diplomatları çağıraraq bu şounu siyasiləşdirməyə cəhd etməsi, separatçılar tərəfindən radioelektron vasitələrlə təyyarələrimizin uçuşlarına maneə törədilməsi növbəti təxribatların tərkib hissəsidir”.

92b61c59-0d4a-45b9-8f88-1dac36414c41

Millət vəkili deyib ki, Azərbaycan ermənilərin bu təxribatlarını seyr etmək fikrində deyil. 44 günlük Vətən müharibəsindən əvvəl də Ermənistan belə təxribatları intensivləşdirmişdi. Azərbaycan bəyanatlar verərək məsuliyyətin Ermənistan üzərinə düşdüyünü bəyan edirdi. Amma Ermənistan tələblərimizə məhəl qoymadığından müharibə qaçılmaz oldu. İndi də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək Ermənistanı yenə xəbərdar edir.

“Ermənistan tələbimizdən nəticə çıxartmayacağı təqdirdə antiterror əməliyyatı qaçılmaz olacaqdır. Ermənistanın sülhməramlılarla keçirdikləri təxribat ssenariləri yenidən eskalasiya riskini artırır. Növbəti sabitləşmə mərhələsinin Rusiya sülhməramlıları ərazilərimizi tərk edəcəyi təqdirdə baş verəcəyini düşünürəm. Əgər Azərbaycan antiterror əməliyyatı keçirməyə başlasa, heç kim əsgərimizin qarşısını ala bilməz” – deputat qeyd edib.

Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Ermənistan Azərbaycanla münasibətlərdə ikili siyasət yürüdür:

“Bir tərəfdən Azərbaycanla danışıqlar imitasiyası yaradır, nümayəndələrini göndərir, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bildirir. Digər tərəfdən isə Azərbaycana qarşı müxtəlif səpkidə təxribatlar törətməkdə davam edir. Təxribatların məqsədi Azərbaycanın öz suverenliyini Ermənistanın xeyrinə güzəştə getməsinə məcbur etməkdir.

Hətta sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycanın daxili işlərinə qarışmağa imkan verməkdən ibarətdir. Bu səbəbdəndir ki, Azərbaycan ərazisində Ermənistan silahlıları var. Bu səbəbdəndir ki, Azərbaycanın sərhəd- buraxılış məntəqəsi atəşə tutulur”.

e5dfa1b1-f4f0-4428-b474-34f3a4a56b1e

Aydın Mirzəzadə qeyd edib ki, bu günlərdə erməni tərəfi Azərbaycanla razılaşdırılmadan Qarabağa “humanitar yük” adı ilə böyük həcmdə yük göndərməyə cəhd edir. Ermənistan hətta bu işlərə beynəlxalq təşkilatların və xarici ölkələrin Ermənistandakı səfirliklərini də qoşmağa çalışır. Bir sözlə, beynəlxalq aləmdə Ermənistanı təcavüzə məruz qalan, yazıq və Azərbaycanın ona problem yaratdığı bir dövlət kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bunda həm Ermənistan, həm xaricdəki erməni diasporu və eyni zamanda xaricdəki müəyyən siyasi dairələr də maraqlıdırlar.

Deputat vurğulayıb ki, müstəqil, öz hüququnu bilən, öz problemlərini özü həll edən Azərbaycan dünyada bəzi qüvvələrə sərf etmir. Bununla belə, Ermənistanın etdikləri əbəsdir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir.

“Baxmayaraq ki, neçə gündür, “humanitar yardım” təxribatı Azərbaycana qarşı yönəlib, amma Azərbaycan öz daxili məsələlərini öz daxili logistikası ilə həll edəcəyini bildirir. Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə yük daşınması ancaq və ancaq Ağdam- Əsgəran yolu ilə ola bilər. Azərbaycan bunun üçün öz imkanlarını açır. Bir daha sübut edir ki, həmin ərazilərdə hər hansı bir humanitar fəlakətdən söhbət gedə bilməz. Bu imitasiyanı sadəcə yaratmağa və bunu bir siyasi şouya çevirməyə çalışırlar. Ancaq heç nə alınmır və alınmayacaqdır” – millət vəkili əlavə edib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678