Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Paşinyanın yerinə onu görür

25 Baxış

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə 10,51% səs toplayan Ermənistanın “İctimai səs” partiyasının İdarə Heyəti öz lideri, məşhur bloger Vardan Qukasyanın partiyadakı üzvlüyünə xitam verib. Lakin Qukasyan özü bu qərarı qanunsuz hesab edir və ona etiraz etməyə hazırlaşır.

Siyasi qüvvənin mesajından belə çıxır ki, məşhur bloger Rusiya vətəndaşlığına malikdir və Kalininqrad şəhərində qeydiyyatdadır və nizamnaməyə görə əcnəbilər partiyanın üzvü ola bilməzlər.

Turanmedia.az KONKRET.az-a istinadən bildirir ki, rus və ruspərəst erməni nəşrləri Vardan Qukasyanın müdafiəsinə qalxıb.

Qeyd edək ki, bundan əvvəl “İctimai səs” partiyası bu partiyanın ikinci həmsədri Artak Qalstyanın cinayət işi üzrə cəza çəkdiyi “Nübaraşen” islah koloniyasında iclas keçirib. Verilişlərində tez-tez “İt” ləqəbi ilə çağırılan Vardan Qukasyan bu görüşə qarşı çıxıb və İrəvanda partiyanın yeni qurultayını elan edib, idarə heyəti bunu qanunsuz hadisə adlandırıb. Beləliklə, “İctimai səs” partiyasında açıq-aşkar parçalanmanın olduğunu söyləmək olar.

Ermənistanın “Lurer.com” nəşri “İctimai səs” partiyasında yuxarıda təsvir olunan prosesləri müşayiət edən ictimai-siyasi konteksti təhlil edib: Həmin məqalədən bəzi hissələri diqqətinizə çatdırırıq:

“Ermənistanda hakimiyyətlə cəmiyyətin əksəriyyəti arasında qarşılıqlı anlaşma çatışmazlığı davam edir. Aydın məsələdir ki, ictimaiyyətin prioritetləri ilə hakimiyyətin daxili gündəliyi üst-üstə düşmür. Bu gün insanları ən çox birincilərə qarşı mübarizə, konstitusiya islahatları və icmalarda rəhbər dəyişikliyi deyil, sosial rifah, iqtisadi inkişaf və təhlükəsizlik məsələləri narahat edir.

Müxalifətin gündəliyi də ictimai ehtiyaclara tamamilə uyğun gəlmir və o qədər sadədir ki, ictimaiyyətin əksəriyyəti yeni, üçüncü qüvvənin formalaşmasının zəruriliyini başa düşür. Bunu müxtəlif sosioloji sorğuların nəticələri də sübut edir. Bunlardan birini bloger Mika Badalyan öz Telegram kanalında aparıb. Göründüyü kimi, sorğuda 30 minə yaxın istifadəçi iştirak edib ki, bu da kifayət qədər böyük rəqəmdir. “Bu il növbədənkənar seçkilər keçirilsə, kimə səs verəcəksiniz sualına iştirakçıların 63%-i Vardan Qukasyanı göstərib. Qeyd edək ki, istifadəçilər İrəvan Ağsaqqallar Şurasına seçkilərdə cəmi 10,51% səs toplayan “İctimai səs” partiyasını deyil, Qukasyanı qeyd ediblər.

Bu sorğu göstərir ki, ictimaiyyətin təxminən 70%-i alternativ axtarışdadır və keçmiş və indiki hakimiyyətlə əlaqəsi olmayan yeni siyasi fiqurlara ehtiyac duyur ki, bu da üçüncü qüvvənin formalaşdırılması zərurətini aktuallaşdırır.

Bu ehtiyac təkcə indiki hakim komandanın fəlakətli uğursuzluqları ilə deyil, həm də hakimiyyətə can atan müxalifətə inamın itirilməsi ilə formalaşır.

Görünən odur ki, son 5 ildə müxalifət öz iştirakçıları, komandaları, ideyaları ilə indiki hakimiyyətə alternativ ola biləcək bir qurum yarada bilməyib. Bu həm də onu müəyyənləşdirir ki, bu gün ictimaiyyətin əksəriyyətinin yeni ideyalara, yeni siyasi qüvvələrə və xadimlərə ehtiyacı var ki, onlar milli, dövlətyönlü mövqelərdən çıxış edəcək və eyni zamanda böhran meneceri rolunu öz üzərinə götürə biləcəklər.

Şübhə yoxdur ki, ictimai dairələrdə üçüncü qüvvənin formalaşmasına tələb son dərəcə yüksəkdir, bircə qalır bu tələbi ödəmək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678