Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Markov: “Fransa və ABŞ təmsilçiləri İlham Əliyevlə görüş üçün xahiş ediblər” – MÜSAHİBƏ

137 Baxış

“Azərbaycan Prezidenti  İlham Əliyev həqiqəti deyib. ATƏT-in Minsk qrupu uğursuz oldu. Dördə bir əsr ərzində Qarabağ münaqişəsini həll etməyə çalışdılar, ancaq heç bir nəticə olmadı. İndi isə bu quruluşun niyə bu qədər zəif işlədiyi tamamilə aydındır: Fransa, strategiyası sonsuz danışıqlar aparmaq və heç vaxt heç bir şeylə razılaşmamaq olan Ermənistanın maraqlarına uyğun davrandı, işi əngəllədi”.

Bu barədə rusiyalı məşhur ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Media.Az-a açıqlamasında deyib.

Xatırladaq ki, bu yaxınlarda ATƏT-in Minsk Qrupunun nümayəndələri ilə görüşdə Azərbaycan dövlətinin başçısı ATƏT-in Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynamadığını deyib. Bundan əlavə, İlham Əliyev Minsk Qrupunu Bakıya dəvət etmədiyini də vurğulayıb.

Sergey Markovun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun işini iflic edən, pis niyyətli siyasət yürüdən məhz rəsmi Paris olub:

“Prezident İlham Əliyev Rusiyanın müsbət qiymətləndirməli olduğu çox düzgün bir açıqlama verdi. Ancaq erməni lobbisinin Rusiya mediasında çox böyük təsiri olduğu üçün o lazım olduğu kimi səslənmədi”.

Həmsöhbətimiz qeyd edib ki, erməni lobbisi hələ də Qarabağdakı müharibəni Türkiyə ilə Rusiya arasında “proksi müharibə” kimi təqdim etməyə çalışır:

“Buna görə səssizlik var. Ermənilərdən gənimət kimi götürülən Sovet istehsalı hərbi texnikanın Bakıdakı hərbi paradda nümayiş etdirilməsi barədə Azərbaycanın qərarından az adam danışır. Azərbaycanın qalib ordusu öz növbəsində Rusiya istehsalı olan müasir silah növlərini nümayiş etdirib”.

“Azərbaycan Prezidentinin Rusiyaya ünvanladığı çox müsbət sözlər də var idi, yenə də mətbuatda yayılmır. Və bu, Rusiyanın maraqlarına zidd hərəkət edən erməni lobbisinin böyük təsirinin daha bir sübutudur”.

– Ermənistanın yeni Xarici İşlər naziri Ara Ayvazyanın sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun bəzi yeni təkliflərin hazırlanmasında iştirakına ümid edir. Ümumiyyətlə nədən söhbət gedə bilər?

– Bu açıqlama tamamilə başa düşüləndir. Ermənistan Xarici İşlər nazirinin açıqlaması tamamilə Rusiyaya qarşıdır. O, Moskva, Bakı və İrəvan arasında bağlanmış Qarabağ nizamlanmasına dair müqavilənin yenidən işlənməsini nəzərdə tutur. Ermənistanın maraqları naminə Fransa və ABŞ-ın təzyiqlərinə ümid bəsləyirlər. Xüsusilə, mövzu Dağlıq Qarabağın hansısa statusu ola bilər.

– Belə bir şey olmayacaq, elə deyilmi?

– Belə bir şey olmayacaq. Rusiya buna razı olmayacaq, Azərbaycan da razılaşmayacaq. Və biz görürük ki, Ermənistanın əsas müttəfiqi məhz Fransadır. Amma onun bir faydası yoxdur. Paris İrəvana heç bir şəkildə kömək edə bilmədi. Əslində Fransa və rəsmi İrəvanın nümayəndələri danışıqları iflic edərək Ermənistanı dəhşətli milli fəlakətə, müharibəyə apardılar.

– Təsadüfi deyil ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Fransanın əvvəlcədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmadığını xatırlatdı. ABŞ və Rusiya var idi, Fransa isə daha sonra qoşulub…

– Düşünürəm ki, Sergey Lavrov Fransanın ATƏT-in Minsk qrupundakı qeyri-konstruktiv mövqeyinə işarə edib. Ancaq o bunu mümkün qədər nəzakətli və yumşaq bir şəkildə etdi. Baxmayaraq ki, Fransanın həmsədrlərin tərkibinə daxil edilməsində məntiq var idi. Rəsmi Paris mümkün razılaşmanın (Qarabağ mövzusunda – red.) və iqtisadi investisiyaların qarantı kimi tək Fransanı yox, ümumilikdə Avropa İtifaqını təmsil edə bilərdi. Ancaq təəssüf ki, Fransa erməni lobbisi xətti ilə dar bir mövqe tutdu. Beləliklə, barışıq müqavilələri sıradan çıxdı.

– Yəni, ATƏT-in Minsk qrupunun ləğv olunacağını gözləməliyik?

– Bilirsinizmi, ATƏT-in Minsk qrupunun ləğvi ehtimalı yoxdur, baxmayaraq ki, bu qrup heç nə etmir. Bu bir növ yatmış institutdur. Fransa və ABŞ təmsilçilərinin sözün əsl mənasında Prezident İlham Əliyevlə görüş üçün xahiş etdiklərini görürük.

Ancaq Paris və Vaşinqton bu resursu zibilə atmaq niyyətində deyillər, başqa bir vəziyyətdə bu quruluşa ehtiyac duyulacağına ümid edirlər. Məsələn, Dağlıq Qarabağ ermənilərinin statusu məsələsini həll edərkən. Eyni zamanda, buranın Azərbaycan ərazisi olduğu hər kəsə aydındır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678