Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni politoloq: “Sülhə və mehriban qonşuluğa sadiqliyimi gizlətmirəm. Xalqlarımız sülhsevərdir” – MÜSAHİBƏ

128 Baxış

Ermənistanda etiraz aksiyaları davam edir. Xəbərlərdən belə görünür ki, ölkə sakinlərinin əksəriyyəti Baş nazir Nikol Paşinyanın istefasında israrlıdır. Amma doğrudanmı belədir? İrəvanda nə baş verir?

Bununla bağlı Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru, Ermənistan Parlamentinin bir neçə çağırış üzrə deputatı Amayak Ovannisyan Media.Az-a müsahibəsində fikirlərini bölüşüb.

“Sülhə və yaxşı qonşuluğa sadiq olduğumu gizlətmirəm. Xalqlarımız sülhsevərdir və siyasətçilər də belə olmalıdır”, – deyə Amayak Ovannisyan bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanda çoxu Nikol Paşinyanı məğlubiyyətdə günahlandırır, ortaq üçtərəfli bəyanatın yenidən nəzərdən keçirilməsini tələb edir:

“Mənə elə gəlir ki, bütün hərbi əsirlərin mübadiləsi, ölənlərin meyitlərinin qaytarılması məsələsini tez və operativ həll etmək çox vacibdir. Bu, düşmənçiliyin davamını dəstəkləyənlərin planını suya salacaq”.

– Nikol Paşinyanın gələcəyi barədə nə düşünürsünüz? Hakimiyyətdə qalacaqmı?

– İnanıram ki, 2018-ci il qondarma “Məxməri inqilab”dan və həmin il keçirilən parlament seçkilərindən sonra “elitaların gizli razılığı ilə hakimiyyət dəyişikliyi modeli”nə qayıtmaq mümkün deyil. Paşinyan və komandasının taleyini xalq növbədənkənar demokratik seçkilərdə həll edəcək. Yeri gəlmişkən, Paşinyan özü də yaxın perspektivdə bu seçkilərin keçirilməsinə hazır olduğunu bildirib.

Heç kimin Paşinyanın hətta ən sərt Avropa standartlarına görə bu seçkilərin müvafiqliyini təmin edə bilməyəcəyinə inanmaq üçün əsası yoxdur. 2018-ci ildə Paşinyan dövründə keçirilən parlament seçkilərinin həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən ən yüksək reytinqə layiq görüldüyünü xatırlamaq yerinə düşərdi. Nəticələr heç kim, hətta Serj Sarqsyan rejimi və bu gün mitinqlər təşkil edən, həmin vaxt isə parlamentə düşə bilməyən “Daşnaksutyun” partiyasının nümayəndələri tərəfindən etiraz edilmədi.

Beləliklə, hər şeyi xalq, seçicilərin əhval-ruhiyyəsi və onların müharibənin nəticələrinin aradan qaldırılmasının uğurlarını qiymətləndirməsi həll edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678