Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkə ərazisində Xankəndidən olan nə qədər əhali yaşayır? – Bu qurumların işini deputat görürmüş

25 Baxış

Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsində suverenliyimiz tam təmin edildi. Artıq işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Azərbaycanın Xankəndi şəhərinə qayıdışın necə olacağı müzakirə mövzularından birinə çevrilib. Maraqlıdır ki, hazırda ölkə ərazisində Xankəndidən olan neçə nəfər məcburi köçkün yaşayır? Onların geri dönüşü üçün hansı işlər görüləcək?

Turanmedia.az xəbər verir ki, Tns bu suallarla Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitədən bildirilib ki, Xankəndidən olan azərbaycanlı əhalinin sayı haqqında onlarda dəqiq məlumat yoxdur. Bu barədə yalnız Xankəndi şəhərinə həmyerlilərimizin dövlət səviyyəsində köçürülməsi prosesinə başlanılarkən konkret məlumat vermək mümkündür: “Komitə yalnız Qarabağ ərazisindən zorla çıxarılmış azərbaycanlıların ümumi sayı barədə məlumata malikdir”.

“Qaçqınkom”dan mövzu ilə bağlı Dövlət Statistika Komitəsinə (DSK) müraciət etməyimiz məsləhət görülüb.

DSK-dan TNS-ə bildirilib ki, sırf Xankəndi şəhərindən olan azərbaycanlılarla bağlı onlarda dəqiq məlumat yoxdur.

Beləliklə, iki rəsmi qurumdan Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin sayı ilə bağlı məlumat ala bilmədik.

Saytımızın əməkdaşı mövzu ilə bağlı “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndinin deputatı Tural Gəncəliyevə müraciət edib.

Deputatın sədri olduğu birliyin nümayəndəsi Nadir Rəşidov TNS-ə bəzi statistik məlumatlar verib: “Xankəndi şəhərindən olan seçicilərimizin sayı 5107 nəfərdir. Xocalı rayonundan olan və Xankəndi qeydiyyatında qalan şəxslər isə 4630 nəfərdir. Bu, ümumilikdə 1247 ailədir. Həmin vətəndaşlarımız Azərbaycanın 38 rayonunda məskunlaşıb”.

Nadir Rəşidov bildirib ki, Xocalı, Ağdam və Şuşa qeydiyyatında olan xeyli Xankəndi sakini də var. Təəssüf ki, həmin sakinlər adları çəkilən rayonlarda Xankəndi sakinləri kimi qeydiyyata alınmayıblar.

“Hesab edirəm ki, həmin rayonların İcra Hakimiyyətləri tapşırıq verərlərsə, icra nümayəndələri ümumi siyahını əldə edə bilərlər. Xankəndi sakinlərinin böyük əksəriyyəti ölkəmizin müxtəlif rayonlarında mənzil alaraq məskunlaşıblar. Bu siyahıya daxil olanların müəyyən hissəsi Bakı və Sumqayıt sakinidir. Onların az qismi Mingəçevir, Bərdə, Füzuli, Laçın və digər rayonlarda yaşamaqdadırlar. Elə rayon var ki, orada Xankəndindən olan 1-2 ailə yaşayır.

Xankəndidən olan həmyerlilərimizin bir hissəsi də xarici ölkələrdədir. Rusiyada olan tələbələrim arabir zəng edib, Xankəniyə nə vaxt qayıdacaqlarını soruşurlar. Bu mənada insanlarınımızın əhvalı yüksəkdir. Zəng edən hər bir həmvətənimiz Xankəndiyə qayıdıb yaşamaq və işləmək istədiyini bildirir. Bizdə olan rəsmi məlumata görə, Xankəndi ərazisində 1988-ci ildə 16000 nəfərə yaxın azərbaycanlı yaşayıb. Hazırda bu rəqəm 20000 nəfərdən çoxdur.

Əgər müvafiq icra orqanlarına xüsusi dövlət tapşırığı olarsa yeni, daha konkret siyahını hazırlamaq olar. Onu da qeyd edim ki, Xankəndidən olan azərbaycanlıların hamısı Xankəndiyə köçmək üçün xəbər gözləyir.

Azərbaycan Ordusunun son antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf yurd yerlərimizdə suverenliyimizin bərpa oluması xəbəri hər bir azərbaycanlı kimi xankəndililəri də çox sevindirdi. İnanıram ki, dövlətimizin uğurlu siyasəti nəticəsində biz Xankəndi sakinləri də yaxın gələcəkdə öz doğma yurd yerlərimizə qayıdacağıq. Bununla da bizim vətən həsrətimiz bitəcək”, – deyə o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678